Paramillo hava limanında kiçik təyyarə qəzaya uğrayıb

Venesuelanın qərbindəki Paramillo hava limanında kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub.
Crossmedia.az-ın məlumatına görə, Mülki Aviasiya Milli İnstitutu (INAC) bildirib ki, hava limanının yanğınsöndürən briqadası dərhal hadisə yerinə cəlb olunub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
12:13 23.10.2025
Oxunuş sayı: 884