II Qaregin: Həbsdə olsam belə, katalikos vəzifəmdən imtina etməyəcəyəm

Ermənistan Kilsəsində yaşanan gərginliklər və rəhbərliyə qarşı artan narazılıqlar fonunda, ölkənin dini həyatında yeni bir qalmaqal yaranıb. Belə bir vəziyyətdə bütün ermənilərin katalikosu ll Qaregin öz mövqeyini açıq şəkildə ifadə edərək bildirib ki, o, katolikos vəzifəsindən imtina etməyəcək, hətta bu işi həbsxanadan idarə etməli olsa belə.
Crossmedia.az bildirir ki, erməni KİV-lərinin məlumatına görə, II Qareginin bu açıqlaması son zamanlar Ermənistan Kilsəsində baş verən gərginliklər və kilsə rəhbərliyinə qarşı yönəlmiş tənqidlər fonunda səslənib. Katalikos bildirib ki, o, kilsənin birliyini qorumağa və xalqına xidmət etməyə davam edəcək.
11:50 23.10.2025
Oxunuş sayı: 991