Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələyə gedən yolda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, mundial oktaybrın 27-dək davam edəcək.
20:56 20.10.2025
Oxunuş sayı: 898