Ukraynanı Avropa İttifaqına məhdud səsvermə hüququ ilə qəbul etmək istəyirlər

Avropa İttifaqı Ukraynanın və digər yeni üzvlərin blokun tamhüquqlu qərarvermə prosesində iştirakını ilk mərhələdə məhdudlaşdıran yeni mexanizm üzərində çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Yeni təklifə əsasən, Aİ-yə yeni qoşulan ölkələr ilkin mərhələdə veto hüququna malik olmayacaqlar və təşkilatın əsas qərarlarına təsir imkanları məhdudlaşdırılacaq. Məqsəd — genişlənmə prosesini sürətləndirmək, eyni zamanda birliyin daxili sabitliyini qorumaqdır.
Xumar Emilqızı
15:33 20.10.2025
Oxunuş sayı: 895