Gümrü meri ilə yanaşı baş memar da saxlanılıb

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Gümrü şəhərinin meri ilə yanaşı baş memarın da rüşvət alma faktı ilə bağlı saxlanıldığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, komitə onların rüşvət almasını müzakirə etdikləri səs yazılarını da ictimaiyyətə təqdim edib.
Hadisə ilə bağlı istintaq davam edir.
Sevinc Yarməmmədova
11:57 20.10.2025
Oxunuş sayı: 1094