Parisdə məşhur muzey qarət olundu

Bu gün səhər saatlarında üç naməlum şəxs Luvr muzeyinə tikinti sahəsi tərəfindən daxil olaraq cəmi yeddi dəqiqə ərzində Napoleon və Jozefin kolleksiyasına aid doqquz zinət əşyasını oğurlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, oğurlananlar arasında boyunbağı, bross və tiara var. Bununla belə, 140 karatdan artıq çəkisi olan məşhur “Rejent” brilyantı yerində qalıb.
Qeyd edək ki, Fransanın mədəniyyət naziri Raşida Dati hadisəni təsdiqləyib və muzeyin müvəqqəti olaraq bağlandığını bildirib.
Fatimə Məmmədova
20:53 19.10.2025
Oxunuş sayı: 1362