Tramp: ABŞ və Rusiya arasında böyük ticarət potensialı var

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacağına inandığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya arasında ticarət sahəsində böyük potensial mövcuddur.
“Düşünürəm ki, Rusiya ilə vəziyyəti nizamlamaq mümkün olacaq. Bu, asan deyil, amma böyük ticarət potensialı var”, — Tramp müsahibəsində deyib.
ABŞ lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinlə “yaxşı münasibətlərə” malik olduğunu bir daha vurğulayıb.
Xumar Emilqızı
20:34 19.10.2025
Oxunuş sayı: 1238