Günay Əfəndiyeva: Hazırda Azərbaycanla Türkmənistan arasında əlaqələr çox yüksək səviyyədədir

Hazırda Azərbaycanla Türkmənistan arasında əlaqələr çox yüksək səviyyədədir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Əfəndiyeva Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan xalqları Oğuz türklərinin qanını daşıyır:
"Biz eyni laylalar, dastanlarla böyümüşük. Bu gün Azərbaycanla Türkmənistan arasında əlaqələr çox yüksək səviyyədədir. Sadəcə qısa müddət ərzində iki ölkənin liderləri bir neçə dəfə görüşüblər. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Azərbaycana səfər etdu, işğaldan azad olunmuş əraziləri ziyarət etdi. Avqust ayında Azərbaycan Prezidenti Türkmənistanda oldu".
G.Əfəndiyeva xatırladıb ki, üç gün əvvəl təməli qoyulmuş Füzuli məscidində ucalan azan səsi hər yerdən duyulacaq:
"Füzuli şəhəri Türkmənistanın Arxadağ şəhəri ilə qardaşdır. Mən Türkmənistan və Azərbaycanı, eləcə də bütün türk dövlətlərini bu yüksək əlaqələrə görə təbrik etmək istəyirəm. Bu gün Türkmənistan tibb işçilərinin bayramıdır. Bu səbəbdən xüsusi təbriklərimi çatdırıram, Türk dünyası həmişə yüksəklərdə olsun".
17:57 10.10.2025
Oxunuş sayı: 839