Azərbaycan Basketbol Liqası: "Ordu" "Quba"ya qalib gəlib

Azərbaycan Basketbol Liqasının II turunda "Quba" "Ordu" ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların 96:68 hesablı qələbəsi ilə bitib.
Günün digər matçında "Abşeron Lions" "Gəncə" kollektivi ilə qarşılaşacaq. Bu matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Şəki"ni 92:68 hesabı ilə üstələyib. Tura oktyabrın 12-də yekun vurulacaq.
17:52 10.10.2025
Oxunuş sayı: 672