Zakir Həsənov Türkiyəyə səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Bu barədə Crossmedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
19:21 08.10.2025
Oxunuş sayı: 1440