Kanadanın Baş naziri ABŞ Prezidenti ilə Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb

Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, Karni Trampı transformativ (dəyişiklik yaradan) prezident adlandırıb.
"Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı mehribanlıqla qonaq etdiniz. Və o vaxtdan bu yana iqtisadiyyatda dəyişiklik, NATO tərəfdaşlarının müdafiə xərclərinə dair görünməmiş öhdəliklər götürməsi, Hindistan və Pakistan, Azərbaycan və Ermənistan arasında sülh baş verib".
20:59 07.10.2025
Oxunuş sayı: 603