Elşad Abbasov: "Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır"

"Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır".
Crossmedia.az xəbər verir ki,bunu III MDB Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycanın yunan-Roma güləşçisi Elşad Abbasov (51 kiloqram) deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu qeyd edib.
"Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Daha ciddi uğurlar qazanmaq istəyirəm. Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır", - azərbaycanlı güləşçi bildirib.(Report)
18:45 07.10.2025
Oxunuş sayı: 746