Binəli Yıldırım: Türk dövlətləri arasında əməkdaşlıq və həmrəylik hər ötən gün güclənir

Türk dövlətləri arasında əməkdaşlıq və həmrəylik hər ötən gün daha da dərinləşərək güclənir.
Crossmedia.az xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə keçirilən qurumun 12-ci Zirvə Görüşü barədə "X" hesabında yazıb.
"Can Azərbaycanın Qəbələ şəhərində "Regional sülh və təhlükəsizlik" mövzusu ilə təşkil olunan TDT dövlət başçılarının 12-ci Zirvə görüşündə qəbul olunan qərarların xeyirli olmasını arzu edirəm", - o qeyd edib.
18:43 07.10.2025
Oxunuş sayı: 1054