Dünya Bankı Azərbaycanda geotermal enerji sahəsində layihələri dəstəkləməyə hazırdır

Dünya Bankı Azərbaycanla elektroenergetika və geotermal enerji sahəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bunu Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən "Yaşıl enerji həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bank əvvəllər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə Cənub Qaz Dəhlizi layihəsi üçün tətbiq edilmiş bir mənbədən zəmanətin verilməsi ilə bağlı uğurlu iş təcrübəsini təkrarlamağa hazırdır.
"Biz bütün zəmanət əməliyyatlarını Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) himayəsi altında birləşdirdik ki, bu da onları bir mənbədən təmin etməyə imkan verir. Biz SOCAR-la birgə Cənub Qaz Dəhlizi üçün bunu çox uğurla həyata keçirdik və indi bu mexanizmi elektroenergetikada da istifadə etmək istəyirik. Bundan başqa, yeni layihələrə, məsələn, maliyyə dəstəyi verə biləcəyimiz geotermal energetika ilə bağlı layihələrə dəstək verməyə ümid edirik", - o qeyd edib.
12:48 25.09.2025
Oxunuş sayı: 886