Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
03:21 13.11.2024
Oxunuş sayı: 5911