CROSSMEDIA - COP29-da karbon bazarı üçün standartlar ratifikasiya edilib
Gündəm

COP29-da karbon bazarı üçün standartlar ratifikasiya edilib

COP29 iştirakçıları BMT-nin himayəsi altında ümumi karbon bazarı üçün standartları ratifikasiya etdilər.

Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Bakıda keçirilən COP29 Konfransının iştirakçıları BMT-nin himayəsi altında karbon bazarının standartları ilə bağlı razılığa gəliblər.

UNFCCC-nin icraçı katibi Saymon Stil tərəflərin mərkəzləşdirilmiş karbon bazarı üçün güclü standartlara razılaşdıqlarını və bunun mühüm addım olduğunu söylədi.

O qeyd edib ki, sazişlər “BMT-nin gizli bürokratiyası” deyil və iqlim məqsədlərinə daha ucuz nail olmağa yönəlib.

Həmçinin Stil emissiyaların tənzimlənməsi və karbon vahidlərinin ticarəti üçün mexanizmləri nəzərdə tutan Paris Sazişinin 6-cı maddəsini yekunlaşdırmağa çağırıb.

Gültac Mehdizadə

13:50 12.11.2024

Oxunuş sayı: 5633

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR