HƏMAS razılaşmaya hazır olduğunu açıqladı

İsrailin Qəzza şəhərini ələ keçirmək əməliyyatına hazırlaşdığı bir vaxtda, 3 sentyabr axşamı HƏMAS bütün əsirlərin azad olunmasını və müharibənin dayandırılmasını nəzərdə tutan hərtərəfli razılaşmanı müzakirə etməyə hazır olduğunu bildirib.
Crossmedia.az bu barədə MİG News qruplaşmanın açıqlamasına istinadən xəbər verir.
“HƏMAS hərəkatı hələ də 18 avqustda vasitəçilər vasitəsilə hərəkatın və Fələstin fraksiyalarının razılaşdığı təklifə sionist düşmənin cavabını gözləyir.
Bu kontekstdə hərəkat bir daha bütün əsirlərin azad olunmasını nəzərdə tutan hərtərəfli razılaşmaya başlamağa hazır olduğunu bəyan edir. Razılaşmaya əsasən, bütün düşmən əsirləri azad ediləcək, əvəzində işğalçı hakimiyyətlər tərəfindən saxlanılan müəyyən sayda fələstinli həbsxana məhbusları azad olunacaq. Bu razılaşma Qəzzadakı müharibəyə son qoyacaq, bütün işğalçı qüvvələri ərazi üzrə çıxaracaq, bütün ehtiyaclar üçün nəzarət-keçid məntəqələri açılacaq və bərpa prosesinə başlanacaq”, – açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu, ABŞ prezidenti Donald Trampın HƏMAS-dan müharibəni dərhal dayandırmaq müqabilində 20 israilli girovun dərhal azad edilməsini tələb etməsindən sonra baş verib.
Niyaz Hacıyev
11:22 04.09.2025
Oxunuş sayı: 994