"Öldürüldüyü" deyilən general-mayor açıqlamalar verib

Yəmənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İsrailin hücumlarından sonra "öldürüldüyü" deyilən general-mayor Məhəmməd Əbdül Kərim əl-Qəmari sağdır və bir sıra yeni açıqlamalar verib.
Crossmedia.az Yəmənin "SƏBA" xəbər agentliyinə istinadən xəbər verir.
General əl-Qəmari İsrailin Sənada mülki hədəflərə endirdiyi zərbələrin cəzasız qalmayacağı bildirilib. Onun sözlərinə görə, düşmənib Qəzzədə və Yəmənə qarşı eskalasiyası güc əlaməti deyil, əksinə, onların son iki ildə öz məqsədlərinə nail ola bilməməsinin sübutudur.
Baş Qərargah rəisi belə bir eskalasiyanın qəti müqavimətlə qarşılanacağına söz verib. Zərbələrin miqyasından və itkilərdən asılı olmayaraq, Yəmənin Qəzzə zolağında fələstinlilərə verdiyi dəstəkdən geri çəkilməyəcəyi bir daha təsdiqlənib.
11:16 04.09.2025
Oxunuş sayı: 821