Hadisə

Eldar Əzizov açıqlama verdi

Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük.

Bunu Axar.az-a açıqlamasında Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq, BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq Prokurorluqda iş açılıb. O hadisə baş verən tunel ADY-nin balansında olan tuneldir. Orada Prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək", - E.Əzizov əlavə edib.

07:33 12.11.2024

Oxunuş sayı: 7520

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR