Nazir müavini Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının 13-cü iclasında çıxış edib

İyulun 12-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının 13-cü iclasında iştirak edib.
Hökumətlərarası Komissiyanın hibrid formatda keçirilən iclasında həmçinin iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.
Tədbirin sonunda iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.
23:10 12.07.2025
Oxunuş sayı: 893