Avstraliya vətəndaşlarının təxliyəsinə kömək üçün Azərbaycan-İran sərhədinə diplomatlar göndərib

Avstraliyanın Xarici İşlər Nazirliyinin əməkdaşları İranı tərk etmək istəyən Avstraliya vətəndaşlarına yardım etmək üçün İran-Azərbaycan sərhədindədirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq öz “X” hesabında yazıb.
"Avstraliya hökumətinin təşkil etdiyi aviareyslə 119 avstraliyalı və onların ailə üzvləri Təl-Əvivdən təhlükəsiz şəkildə çatdırılıb. İsraildən kommersiya reysləri bəzi məhdudiyyətlərlə bərpa edilib. Xarici İşlər Nazirliyinin əməkdaşları avstraliyalılara İranı tərk etməkdə kömək etmək üçün İran-Azərbaycan sərhədində qalırlar", - XİN başçısı qeyd edib.
15:57 24.06.2025
Oxunuş sayı: 943