İsrailin zərbə endirdiyi İran televiziyası yenidən alovlandı

İsrailin raket zərbəsinə məruz qalan İranın dövlət televiziyasının binasında yenidən yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə güclü külək səbəbindən baş verib. Rəsmi məlumatlara görə, binaya yeni hücum olmayıb.
Qeyd edək ki, dünən həyata keçirilən hücum zamanı “IRIB News” xəbər kanalının redaktoru da daxil olmaqla 3 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Aybəniz Səfərova
20:45 17.06.2025
Oxunuş sayı: 876