Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığı Vyanada müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondu çərçivəsində Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmannsdorferlə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə M.Cabbarov özünün “X” hesabında yazıb.
“Biz Azərbaycanda mövcud olan investisiya imkanlarını qeyd etdik. İqtisadi və ticarət əlaqələri, enerji, sənaye inkişafı, texnologiya və digər strateji sektorlarda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün potensial imkanları müzakirə etdik”, - o bildirib.
19:50 17.06.2025
Oxunuş sayı: 450