İsrail ordusunda itkilər artır: Minlərlə hərbçi psixoloji travma ilə üz-üzədir

İsrailin aparıcı mətbuat orqanlarından olan “Yediot Ahronot” qəzeti ölkə ordusundakı mənbəyə istinadla bildirib ki, müharibə gedişində ümumilikdə 10 minə yaxın israilli hərbçi ya həlak olub, ya da müxtəlif dərəcəli xəsarətlər alıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu rəqəmlər ilk dəfədir ki, rəsmi dairələrdən kənar hərbi mənbəyə istinadla ictimaiyyətə açıqlanır. Bildirilir ki, itkilər həm döyüş meydanında baş verən toqquşmalar, həm də raket hücumları nəticəsində qeydə alınıb.
Məlumata görə, hazırda minlərlə israilli əsgər yalnız fiziki deyil, eyni zamanda psixoloji travmalarla da üzləşir. Döyüşdən sonra yaranan posttravmatik stress pozuntusu (PTSP) halları ordu daxilində ciddi narahatlıq doğurur.
“Yüzlərlə əsgər normal həyata dönə bilmir. Bəziləri hələ də gecələr kabuslarla oyanır, bəziləri isə cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir”, – deyə adı açıqlanmayan israilli zabit qəzetə bildirib.
Fatimə Nəbiyeva
22:31 03.06.2025
Oxunuş sayı: 1709