İsrail meşə yanğınlarında ittiham olunan İran casusunu həbs edib

İsrailin təhlükəsizlik rəsmiləri pul müqabilində İrana casusluq etməkdə, İsrail ordusunun geyimlərini yandırmaqda, eləcə də İordan çayının qərb sahilində silah daşımaqda ittiham edilən bir şəxsin saxlanıldığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran casusu öz anasını da bu işə cəlb etməkdə günahlandırılıb.
Bildirilib ki, ona İsraildə meşələrə od vurmaq missiyası da tapşırılıb.
Qeyd olunub ki, təqsirkar Fələstinə silah daşımaq niyyətində olub. İrana casusluq edən şəxsin Şin Bet və İsrail polisinin birgə əməliyyatı nəticəsində tutulduğu vurğulanıb.
18:21 03.06.2025
Oxunuş sayı: 1711