Azərbaycanın Müstəqillik Günü ABŞ ştatında rəsmi təqvimə daxil edildi

ABŞ-nin Cənubi Karolina ştatının Qrinvil şəhərinin meri Knox Vayt və şəhər şurasının üzvləri 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.
Crossmedia.az xəbər verir ki, bəyannamə ştatda fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbala təqdim edilib.
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.
Sənəddə Qrinvil şəhərinin uzun illərdir ki, müxtəlif mədəni irslərin və xalqların bir araya gəldiyi qonaqpərvər bir məkana çevrildiyi vurğulanıb. Ştatda yaşayan azərbaycanlıların incəsənət, musiqi, təhsil, elm, tibb və digər sahələrə verdiyi töhfələr qeyd olunub.
20:54 02.06.2025
Oxunuş sayı: 1072