Aqil Abbas: “Qələt edir ermənilər!”

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.
Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Bu qərar hər vəchlə Qarabağda problem yaratmağa çalışan ermənipərəst qüvvələr, ermənilər və onların havadarları tərəfindən necə qarşılanacaq?
Mövzu ilə Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a açıqlama verib:
“Qarabağda yaşayan ermənilər də mənim evimi söküb indi necə narazılıq edə bilərlər? Şəhərin memarlıq üslubuna uyğun gəlmir bizdə sökürük. Qələt edir ermənilər!”.
Ayhan Ağarzayev
15:31 02.06.2025
Oxunuş sayı: 1862