HAMAS Qəzzada atəşkəslə bağlı yeni təklif aldığını açıqlayıb

HAMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı yeni təklifini vasitəçilərdən aldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə HAMAS-ın yaydığı bəyanatda qeyd olunub.
“Biz vasitəçilərdən Uitkoffun yeni təklifini aldıq və davamlı atəşkəsə nail olmaq üçün onu məsuliyyətlə öyrənirik”, - bəyanatda vurğulanıb.
19:16 29.05.2025
Oxunuş sayı: 765