Mask Trampın administrasiyasından ayrıldığını açıqladı

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın administrasiyasındakı fəaliyyətinə son qoyduğunu bildirib. O, hökumətin işinin səmərəliliyini artırmaq məqsədilə yaradılmış xüsusi qurum – DOGE (Department of Government Efficiency) üzərində nəzarəti həyata keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mask sosial şəbəkə X-də paylaşım edib:
“Xüsusi dövlət əməkdaşı kimi fəaliyyətim başa çatır. Effektiv olmayan xərclərlə mübarizə aparmaq fürsətinə görə prezidentə təşəkkür edirəm”.
Mask, həmçinin, DOGE-nin gələcəkdə ABŞ hökumətində daha mühüm rol oynayacağına əmin olduğunu bildirib.
Fatimə Məmmədova
18:23 29.05.2025
Oxunuş sayı: 926