ABŞ anti-İsrail baxışlara malik əcnəbilərin ölkəyə girişinə qadağa qoyacaq

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Birləşmiş Ştatlar "yeni və qətiyyətli viza siyasəti" həyata keçirəcək. Bu siyasətin məqsədi İsrail əleyhinə baxışlara malik xarici vətəndaşların ölkəyə girişinə maneə yaratmaqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rubio əlavə edib ki, ABŞ eyni zamanda İsraili tənqid edən beynəlxalq təşkilatları və ölkələri də məsuliyyətə cəlb edəcək.
Bildirək ki, bu addım Vaşinqtonun Yaxın Şərq siyasətində İsrailə dəstəyini daha da sərtləşdirdiyini göstərir.
Fatimə Məmmədova
17:50 29.05.2025
Oxunuş sayı: 857