Rusiya Ukraynaya PUA hücumunu gücləndirdi :Tramp-Putin danışığı öncəsi gərginlik artır

Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri ən böyük PUA hücumunu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bir gecədə 273 “Shahed” tipli pilotsuz aparatla əsasən Kiyev vilayəti hədəfə alınıb. Nəticədə 28 yaşlı qadın ölüb, 4 yaşlı uşaq daxil olmaqla üç nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bazar ertəsi gecəsi 112 PUA ilə Xarkov, Sumı, Donetsk, Çerkası və Kirovohrad vilayətlərinə də hücum edilib. İki nəfər ölüb, 13 nəfər yaralanıb.
Hücumlar ABŞ Prezidenti Donald Trampın Putin və Zelenski ilə keçirəcəyi danışıqlardan əvvəl baş verib. Tramp atəşkəs üçün vasitəçilik edir. Rusiya isə ABŞ-ın təşəbbüsünü müsbət qiymətləndirib, lakin əvvəlki atəşkəs təklifini rədd edib.
Nigar Rəhimova
16:45 19.05.2025
Oxunuş sayı: 613