Britaniyalı alpinist Kenton Cool Everestə rekord qırdı

Britaniyalı alpinist Kenton Cool dünyanın ən hündür dağı olan Everestə 19-cu dəfə qalxaraq qeyri-şerpa kateqoriyasında yeni rekord müəyyənləşdirib. Bu, onun öz əvvəlki rekordunu yeniləməsi deməkdir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Cool ilk dəfə Everestə 2004-cü ildə qalxıb və o vaxtdan bəri hər il bu zirvəni fəth edib. Onun bu uğuru bu həftə Hindistandan olan Subrata Ghosh və Filippinli Philipp “PJ” Santiago II adlı iki alpinistin Everestdə həlak olmasından sonra baş verib.
Bundan əlavə, Nepal əsilli Gyaljen dağa 23-cü dəfə qalxıb. Everest zirvəsinə ən çox qalxan şəxs isə hələ də digər Nepalli şerpa Kami Rita olaraq qalır.
Zeynəb Yunuszadə
17:00 19.05.2025
Oxunuş sayı: 517