Almaniya kansleri: Zelenskinin sülh danışıqlarına razılığı düzgün qərar deyil

Almaniyanın kansleri Fridrix Mers Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbulda sülh danışıqlarına razılıq verməsini tənqid edib. Onun sözlərinə görə, bu addım müharibənin gedişatında Ukraynanın mövqeyini zəiflədə bilər və düzgün qərar hesab olunmur.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Mers Ukraynada atəşkəsin əldə olunmaması halında Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. “Əgər bu həftə ərzində atəşkəslə bağlı irəliləyiş olmasa, biz Rusiyaya qarşı sanksiyaları daha da gücləndirəcəyik. Energetika sektoru və maliyyə bazarı kimi sahələr də diqqət mərkəzində olacaq,” – deyə kansler vurğulayıb.
Fridrix Mers həmçinin bildirib ki, Almaniya Ukraynaya hərbi dəstəyi uzun illər davam etdirəcək. Onun fikrincə, bu yardım Ukraynanın təhlükəsizliyini və müqavimət gücünü artırmaq üçün vacibdir.
Qeyd edək ki, bu ilin aprel ayında Almaniya hökuməti 2029-cu ilə qədər Ukraynaya 11 milyard dollardan çox maliyyə vəsaiti ayıracağını açıqlayıb. Təkcə 2025-ci il üçün bu məbləğin 3 milyard dollar olacağı bildirilir.
Fatimə Nəbiyeva
09:34 14.05.2025
Oxunuş sayı: 678