İsrail ordusu Qəzzadakı xəstəxanını bombaladı – 16 ölü, 70 yaralı

İsrailin Qəzza zolağında həyata keçirdiyi hava zərbələri nəticəsində "Avropa" xəstəxanası hədəfə alınıb.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində azı 16 nəfər həyatını itirib, 70-dən çox insan yaralanıb.
Qəzzanın Səhiyyə Nazirliyi hadisə ilə bağlı açıqlamasında bildirib ki, ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir. Yaralıların vəziyyəti ilə bağlı məlumat verilməyib, lakin bir neçəsinin durumunun ağır olduğu qeyd olunur.
Xarici mənbələrin bildirdiyinə görə, hücum zamanı xəstəxananın həyətinə və ətraf ərazilərə ümumilikdə 9 raket düşüb. Çox sayda insanın dağıntılar altında qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, İsrail ordusu son günlər Qəzzada səhiyyə müəssisələrini və digər mülki obyektləri hədəfə alması ilə bağlı beynəlxalq tənqidlərə məruz qalır.
Aybəniz Səfərova
23:22 13.05.2025
Oxunuş sayı: 708