Zelenski Trampla görüşünün təfərrüatlarını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski, Vatikanda ABŞ-nin Prezidenti Donald Trampla keçirdiyi görüşü “yaxşı” adlandırıb. Zelenski bu görüşün tarixi əhəmiyyət qazanmaq üçün bütün şansları olduğunu və yüksək dərəcədə simvolik olduğunu bildirib.
Zelenski, Telegram kanalında yazdığı mesajda görüş barədə təəssüratlarını bölüşərək, bu görüşün önəmli olduğunu və gələcəkdə tarixi nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb. O qeyd edib: “Yaxşı görüş oldu. Təkbətək çox mövzunu müzakirə etməyə imkan tapdıq. Bu çox simvolik bir görüşdür və əgər ümumi nəticələrə nail olsaq, tarixi görüş ola bilər. Təşəkkür edirəm Prezident Donald Tramp!”
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Zelenski bu görüşdə həmçinin ümid etdiyini bildirib ki, bu danışıqlar konkret və real nəticələr verəcək. O, Trampla müzakirə etdiyi əsas məsələlər arasında Ukraynada müharibənin davam etməsinin qarşısını almaq məqsədilə “tam və qeyd-şərtsiz atəşkəsin” əldə olunmasını müzakirə etdiklərini vurğulayıb. Zelenski, həmçinin insanların həyatının qorunması və regionda davamlı, güvənli sülhün təmin edilməsi məsələlərinə də toxundu.
Görüşün ən önəmli məsələlərindən biri müharibənin sona çatdırılmasına və təkrar olmasının qarşısını almağa yönəlmiş konkret addımların atılması olub. Zelenski və Trump arasında bu mövzularda əldə ediləcək nəticələr xüsusilə bölgədə sülhün bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir.
Fatimə Nəbiyeva
19:35 26.04.2025
Oxunuş sayı: 1507