İranda partlayış baş verib

İranın Hörmüz boğazında yerləşən mühüm liman şəhəri Bəndər Abbasda, Şəhid Rəcai limanında güclü partlayış baş verib. Liman ərazisində Aftab neft emalı zavodu və donanma bazası da yerləşir.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, hadisənin səbəbi hələlik məlum deyil. Mənbələrin verdiyi məlumata görə, limanda İranın bu yaxınlarda Çindən aldığı maye və bərk raket yanacağı da saxlanılırdı.
İlkin məlumata görə, partlayış nəticəsində 195 nəfər yaralanıb, bir çox yaralıların binaların damları altında qaldığı bildirilir. Digər mənbələr yaralıların sayının 350-yə çatdığını qeyd edir. Hazırda ölənlərlə bağlı rəsmi təsdiq yoxdur.
İran Milli Neft Emalı Şirkəti (NIORDC) açıqlamasında partlayışın ərazidəki neft emalı zavodları, yanacaq anbarları və şirkətə məxsus neft boru kəmərləri ilə əlaqəsinin olmadığını bildirib. Şirkət, Bəndər Abbasdakı obyektlərdə əməliyyatların fasiləsiz davam etdiyini vurğulayıb.
Mədinə Cəlilova
18:00 26.04.2025
Oxunuş sayı: 1366