Pakistanda terror aktı törədildi: çox sayda əsgər öldürüldü

Pakistanın Bəluçistan əyalətinin mərkəzi Kvetta bölgəsində silahlıların basqını nəticəsində 10 əsgər həlak olub. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hərbi konvoya uzaqdan işə salınan əldəqayırma partlayıcı qurğu ilə hücum edilib.
Hücuma görə məsuliyyəti "Bəluçistan Azadlıq Ordusu" öz üzərinə götürüb. Qruplaşma bəyanatında Pakistan ordusuna qarşı əməliyyatları gücləndirəcəyini vəd edib.
“Azadlıq uğrunda mübarizəmiz dayanmayacaq və düşmənə bütün gücümüzlə hücuma davam edəcəyik”, - silahlılar bəyanatda bildiriblər.
16:15 26.04.2025
Oxunuş sayı: 885