İsrail mətbuatı: Tel-Əviv Ankaranın Suriyadakı təsirinə alışmalı olacaq

İsrail mətbuatında yayımlanan analizdə bildirilib ki, Türkiyənin Suriyadakı artan təsiri qarşısında İsrailin edə biləcəyi çox az şey var.
Crossmedia.az xəbər verir ki, “The Times of Israel”qəzetində dərc olunan məqalədə “İsrailin, Türkiyənin Suriyadakı artan ayaq izinə alışması lazım olacaq” başlığı istifadə olunub. Yazıda qeyd olunub ki, Suriya devrilmiş lider Bəşər Əsəd sonrası xaosdan çıxmaq üçün güclü bir ölkənin dəstəyinə ehtiyac duyur və Türkiyə bu prosesdə iştirak etmək istəyir.
ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə diqqət çəkilən analizdə, “İsrailin qırmızı xətləri qorumaq istəyi xaricində çox az imkanları qalıb” ifadəsi yer alıb.
Aprel ayının əvvəlində İsrailin Suriyadakı üç hava bazasına həyata keçirdiyi hava hücumlarından sonra Türkiyə-İsrail münasibətlərinin gərginləşdiyi xatırladılan məqalədə, Türkiyə Xarici İşlər naziri Hakan Fidanın “Türkiyənin Suriya ərazisində hər hansı bir ölkə ilə müharibə etmək kimi niyyəti yoxdur” sözlərinə yer verilib.
Məqalədə əlavə olunub ki, İsrail Türkiyənin Suriyadakı təsirindən narahat olsa da, bu təsirə qarşı durmaq üçün əlinin çox bağlı olduğu vurğulanıb.
“Trampın dəstəyi İsrailin imkanlarını məhdudlaşdırır”
Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) baş tədqiqatçısı Qallia Lindenstrauss isə bildirib ki, “Nəticə etibarilə Suriya məsələsində Türkiyə İsraildən daha çox maraqlıdır və buna uyğun şəkildə sərmayə qoyur. İsrailin Suriyaya yanaşması isə sırf təhlükəsizlik prizmasındandır. Bu da Ankaraya üstünlük verir”.
O, həmçinin Trampın Ərdoğana verdiyi dəstəyin İsrailin bölgədəki manevr imkanlarını daha da məhdudlaşdırdığını qeyd edib.
Mədinə Cəlilova
19:50 12.04.2025
Oxunuş sayı: 1535