İran-ABŞ danışıqlarında ilk raund başa çatdı

İran və ABŞ arasında gözlənilən nüvə razılaşması mövzusundakı dolaylı danışıqların ilk mərhələsi Omanda keçirilib.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, danışıqlarda İran Xarici İşlər naziri Abbas Ərakçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Witkoff-un rəhbərlik etdiyi heyətlər iştirak edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi X sosial şəbəkəsində verdiyi açıqlamada, danışıqların Oman Xarici İşlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə aparıldığını bildirib. Onun sözlərinə görə, tərəflər üçün ayrıca otaqlar ayrılıb və Oman tərəfi mesajları qarşı tərəfə çatdırıb.
İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, görüşlər “qarşılıqlı hörmətə əsaslanan konstruktiv atmosferdə” keçib və tərəflər qısa müddətə birbaşa da görüşüblər.Danışıqların gələn həftə də davam etdirilməsi barədə razılıq əldə olunub.
Mədinə Cəlilova
18:50 12.04.2025
Oxunuş sayı: 1272