İraqdakı İrana bağlı qruplar Xameneyidən fətva alırlar

İraqdakı İrana bağlı qruplar İranın ali rəhbəri Əli Xameneyidən onlara “Amerikanın təsiri altına düşməkdən” qoruyacaq qərarlar qəbul etməyi əmr edən fətva alıblar.
Crossmedia.az “Əş-Şərq Əl-Əvsət” qəzetinə istinadən xəbər verib ki, Xameneyinin fətvası qruplara amerikalılarla danışıqlarının dalana dirənəcəyi təqdirdə İranın maraqlarını qorumaq üçün “B planı” hazırlamağa vaxt verib.
Fətvanın qüvvəyə minməsindən sonra SEPAH-ın Qüds qanadının xüsusi təyinatlı dəstəsinin komandiri İsmayıl Qaaninin kiçik bir İran komandasına bu qrupların mövqelərini izləmək və amerikalıları hələlik çəkindirməkdən ötrü əvvəlki tövsiyəni yerinə yetirmək üçün Bağdadda qalmağı tapşırdığı bildirilir.
15:18 12.04.2025
Oxunuş sayı: 1334