KİV: “İran və ABŞ regional böhranlar fonunda danışıqlara başlayır”

Bu gün Tehranın sürətləndirilmiş nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün İran və ABŞ Omanda yüksək səviyyəli danışıqlar aparacaq.
Crossmedia.az bununla bağlı “Reuters”-ə istinadən xəbər verir.
Məlumata görə, Tehran bu danışıqlara “ehtiyatla və şübhə ilə” yanaşır və İran nüvə proqramını dayandırmasa, onu dəfələrlə bombalayacağı ilə hədələyən Trampın sözlərini ciddi qəbul etmir.
“Sırf nüvə məsələsi ilə bağlı olacaq danışıqların müddəti Amerika tərəfinin ciddiliyindən və xoş niyyətindən asılıdır.
İran raket proqramı da daxil olmaqla, müdafiə qabiliyyəti ilə bağlı istənilən danışıqları rədd edib. 20 ildən artıqdır davam edən məsələ ilə bağlı dərin fikir ayrılıqları hələ də qalmaqdadır”, - deyə, agentlik bildirib
Məlumata görə, Tehran bu danışıqlara “ehtiyatla və şübhə ilə” yanaşır və İran nüvə proqramını dayandırmasa, onu dəfələrlə bombalayacağı ilə hədələyən Trampın sözlərini ciddi qəbul etmir.
“Sırf nüvə məsələsi ilə bağlı olacaq danışıqların müddəti Amerika tərəfinin ciddiliyindən və xoş niyyətindən asılıdır.
İran raket proqramı da daxil olmaqla, müdafiə qabiliyyəti ilə bağlı istənilən danışıqları rədd edib. 20 ildən artıqdır davam edən məsələ ilə bağlı dərin fikir ayrılıqları hələ də qalmaqdadır”, - deyə, agentlik bildirib.
Nuray Mikayıllı
14:45 12.04.2025
Oxunuş sayı: 1201