Almaniya Ukraynaya yeni hərbi yardım paketini göndərir

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunlara daxildir:
- 4 IRIS-T SLM və SLS hava hücumundan müdafiə sistemləri;
- IRIS-T hava hücumundan müdafiə sistemi üçün 300 ədəd raket;
- MIM-104 Patriot hava hücumundan müdafiə sistemi üçün 30 raket;
- 25 Marder 1A3 piyada döyüş maşını;
- 15 Leopard 1A5 tankı;
- 14 artilleriya sistemi;
- təxminən 130.000 155 mm-lik artilleriya mərmisi;
- 300 kəşfiyyat PUA;
- 120 MANPADS;
- 100 yerüstü müşahidə radarı;
12:02 12.04.2025
Oxunuş sayı: 1318