Faydalı qazıntılar sazişi: ABŞ və Ukrayna arasında fikir ayrılığı yaranıb

ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə danışıqlarda gərginlik yaşanır.
Crossmedia.az Reuters agentliyinə istinadla xəbər verir ki,agentliyinin məlumatına görə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında faydalı qazıntılarla bağlı saziş üzrə aparılan danışıqlar ziddiyyətli mühitdə keçir. Agentliyin mənbəsi bildirib ki, ABŞ administrasiyası tərəfindən mart ayında təqdim olunan layihə “maksimalist” xarakter daşıyır və bu da danışıqlar prosesini çətinləşdirir.
ABŞ Maliyyə Nazirliyi isə danışıqların “öz mahiyyətinə görə texniki” xarakter daşıdığını açıqlayıb.
Bundan əlavə, Reuters yazır ki, Vaşinqton Ukraynada yerləşən “Qazprom”a məxsus boru kəmərinə nəzarət əldə etməyə ümid edir. Bu məsələ sazişin geosiyasi əhəmiyyətini daha da artırır.
Ukrayna hökumətinin bu razılaşma ilə bağlı hüquqi dəstək üçün beynəlxalq hüquq firması olan Hogan Lovellsi xarici məsləhətçi kimi cəlb etdiyi də bildirilir.
Məlumata görə, Ukraynanın baş naziri Denis Şmıqal və maliyyə naziri Sergey Marçenko iki həftə sonra Vaşinqtona səfər edəcək. Onlar Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyasında, o cümlədən 25 aprel tarixində keçiriləcək Ukrayna üzrə nazirlər görüşündə iştirak edəcəklər.
Nigar Rəhimova
11:35 12.04.2025
Oxunuş sayı: 1165