ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı danışıqlar yenidən başlayıb

ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı saziş üzrə danışıqlar yenidən başlayıb.
Crossmedia.az xəbər verir ki, bu baradə "The New York Times" məlumat yayıb. Yeni təklif Tramp dövründə irəli sürülmüş ilkin şərtlərə əsaslanaraq, Ukraynanın Rusiya işğalının başlandığı gündən etibarən aldığı hərbi və maliyyə yardımını ABŞ-yə geri ödəməsini nəzərdə tutur.
Sazişə görə, Ukrayna təbii sərvətlərə dair layihələrdən əldə etdiyi gəlirin yarısını ABŞ-nin nəzarətində olan xüsusi bir investisiya fonduna köçürməlidir.
Vaşinqton bu fondun bütün gəlirinə sahib olacaq və bu, Kiyev ABŞ-dən aldığı yardım məbləğini illik 4%-lə birlikdə tam şəkildə geri ödəyənədək davam edəcək.
Sənədin yeni layihəsində Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir qeyd yoxdur.
Mədinə Cəlilova
22:15 11.04.2025
Oxunuş sayı: 1668