Parisdə Beynəlxalq Arbitraj əməkdaşlığında Azərbaycanın vacib rolu vurğulanıb

Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan və Türkiyə Arbitraj assosiasiyalarının təşkilatçılığı ilə “Beynəlxalq Arbitraj Həftəsi” çərçivəsində konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, konfransda Azərbaycan Arbitraj Assosiasiyasının sədri, Sorbonne Universitetinin hüquq üzrə professoru, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında elmi-məsləhət şurasının üzvü Kəmalə Mehdiyeva “Azərbaycanda arbitrajın inkişafı və onun regionda beynəlxalq arbitrajın inkişafında rolu” adlı məruzə ilə çıxış edib. O, cari ilin oktyabr ayının 24-ü və 25-də Azərbaycanda Arbitraj Günü keçirilməsi ilə bağlı elan verərək tədbir iştirakçılarını ölkəmizə dəvət edib. K.Mehdiyeva Azərbaycan Arbitraj Günləri çərçivəsində Bakı Arbitraj Mərkəzinin açılacağını və bu mərkəzin regional rolu haqqında məlumat verib.
Almaniyadan olan Patrisia Nasiento çıxış edərək, bugünkü geosiyasi çətinliklər və iqlim dəyişiklikləri ilə bağlı məsələlərdən danışıb. Mürəkkəb geosiyasi şəraitdə arbitrajın vacibliyini, xüsusilə də ticari problemlərin həllində rolunu vurğulayıb.
O, beynəlxalq arbitrajda Azərbaycanın, Türkiyənin, eləcə də digər regional türkdilli ölkələrin böyük rolundan danışıb. Bildirib ki, bu ölkələrdə arbitrajın inkişafı onların beynəlxalq arenada rolunu gücləndirir.
12:10 11.04.2025
Oxunuş sayı: 1456