Malayziyanın xarici işlər nazirinin müavini Bakıya səfərə gəlir

Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin aprelin 14-də Bakıya səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Malayziya XİN məlumat yayıb.
Məlumata görə, səfər aprelin 16-na kimi davam edəcək.
"Səfər çərçivəsində o, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla birlikdə ikinci Malayziya-Azərbaycan siyasi məsləhətləşmələrə həmsədrlik edəcək", - məlumatda qeyd olunub.
10:25 10.04.2025
Oxunuş sayı: 1496