Azərbaycan XİN Dominikan hökuməti və xalqına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikan hökumətinə və xalqına başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Dominikan Respublikasının paytaxtın Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində 124 nəfər həyatını itirib.
20:19 09.04.2025
Oxunuş sayı: 2372