Mark Karni: “Kanada dünya lideri kimi ABŞ-ni əvəz etməyə hazırdır”

Kanadanın baş naziri Mark Karni ölkəsinin dünya liderliyinə hazır olduğunu bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-nin artıq liderlik rolunu davam etdirmək istəmədiyi halda, Kanadanın bu məsuliyyəti öz üzərinə götürə biləcəyini vurğulayıb.
“Əgər Birləşmiş Ştatlar artıq liderlik etmək istəmirsə, o zaman Kanada yeni lider olmağa hazırdır. ABŞ-nin son 80 ildə qlobal iqtisadi liderlik bayrağını daşıdığı, etimad və qarşılıqlı hörmətə əsaslanan ittifaqlar qurduğu, mal və xidmətlərin azad və açıq mübadiləsini müdafiə etdiyi dövr başa çatıb”, – deyə Karni bildirib.
Onun bu açıqlaması beynəlxalq arenada geniş müzakirələrə səbəb olub.
Mədinə Cəlilova
21:03 04.04.2025
Oxunuş sayı: 678