Azad edilən digər ərazilərdə "ASAN xidmət" mərkəzləri yaradıla bilər

"Artıq Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb və gələcəkdə azad edilən digər ərazilərdə də yaradılması məsələsinə baxılacaq" - bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, azad olunan ərazilərdə vətəndaşların köçünə şərait yaradılır:"Artıq 25 ölkə və beynəlxalq təşkilatla müqavilə imzalanıb. Onlar "ASAN xidmət" təcrübəsini öyrənir". (Report)
13:10 26.02.2025
Oxunuş sayı: 1139