ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib. Bu barədə səfirliyin "X" hesabındakı paylaşımda qeyd olunub.
"Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.
11:21 26.02.2025
Oxunuş sayı: 989